AZ

Cərrahın DƏHŞƏTLİ SƏHVİ: Qadının qarnından 4 ay sonra TƏNZİF ÇIXDI – FOTO

Rusiyada plastik cərrahlar pasiyentin bədənində tənzif unudublar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Xabarovsk şəhərindən olan 41 yaşlı qadın fiqurasını korreksiya etmək məqsədilə Kalininqradda yerləşən “Doktor Perşin” tibb mərkəzinə müraciət edib.

Tibb mərkəzində qadın üzərində abdominoplastika, bodilift, liposaksiya və lipoliftinq əməliyyatları eyni vaxtda icra edilib və bədənindən 4 litr piy xaric olunub.

Cərrahlar əməliyyatın uğurla keçdiyini bildirərək pasiyenti evinə yola salıblar.

Lakin cəmi bir neçə gündən sonra qadının qarnında qara ləkələr yaranıb, bədən temperaturu yüksəlib və iltihablaşmış tikişlərdən maye axmağa başlayıb.

Həkimlər bunun əməliyyatdan sonrakı normal bərpa dövrü olduğunu və tezliklə keçib gedəcəyini iddia ediblər. Lakin 4 ay keçməsinə baxmayaraq, qadının vəziyyəti daha da pisləşib.

Günlərin birində pasiyent tikişləri təmizləyərkən qarnından bir sapın asılı qaldığını görüb. O, sapı dartdıqda bədəninin içindən bütöv bir tənzif (cuna) parçası çıxıb.

Məlum olub ki, cərrahlar əməliyyat zamanı tənzifi qadının daxilində unudublar və bu, daxili çürüməyə səbəb olub.

Klinikanın tibbi heyəti məsuliyyəti boynundan ataraq, iş prosesində belə materiallardan istifadə etmədiklərini və bitin oraya necə düşdüyünü bilmədiklərini iddia ediblər.

Zərərçəkmiş qadın klinikaya qarşı 10 milyon rubl (təxminən 215 000 manat) məbləğində təzminat davası açıb. Hazırda hüquqşünaslar məhkəmə-tibbi ekspertizasının nəticələrini gözləyirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr