AZ

Xaçmaz rayonunun Qusarçay kəndində “Yelin nəfəsi – baharın müjdəsi” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunun Qusarçay kəndində Novruz bayramının mənəvirəmzi olan Yel çərşənbəsi qədim adət-ənənələrimizə sədaqətlə,yüksək səviyyədə qeyd olunub. “Yelin nəfəsi – baharın müjdəsi” adlıtədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,rayon prokuroru Rəşad Məmmədov, şəhid ailələri, qazilər və kəndictimaiyyəti iştirak ediblər.

Tədbir bayram tonqalının alovlandırılması ilə başlayıb. Uşaqlartonqal ətrafında yallı gediblər. Kosa və Keçəlin şən zarafatları,maraqlı səhnəcikləri iştirakçılarda xoş ovqat yaradıb. ƏnənəviNovruz süfrəsi – şəkərbura, paxlava, qovurğa və səməni iləbəzədilmiş xonçalar bayramın rəngarəngliyini artırıb.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri Yelçərşənbəsi münasibətilə təbrik edərək, bu mərasimin xalqımızınəsrlər boyu qoruyub saxladığı mənəvi dəyərlərimizin tərkib hissəsiolduğunu vurğulayıb. Qeyd olunub ki, Yel çərşənbəsi təbiətinoyanışını, küləyin müjdəçilik missiyasını, həmçinin birlik vəhəmrəylik ruhunu təcəssüm etdirir.

Bayram proqramı folklor kollektivlərinin çıxışları, millioyunlar və xalq mahnıları ilə davam edib. Qusarçay kənd sakinləribelə tədbirlərin gənc nəslin milli-mənəvi tərbiyəsində,vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynadığınıbildiriblər.

Beləliklə, Qusarçayda Yel çərşənbəsi təkcə bayram sevinci deyil,həm də köklərimizə sahib çıxmaq, ənənələrimizi yaşatmaq və gələcəknəsillərə ötürmək üçün əlamətdar bir fürsət olub. Torpaqçərşənbəsinə doğru addımlayan xalqımız bu müqəddəs günlərdəbirliyini, dostluğunu və bayram əhval-ruhiyyəsini bir daha nümayişetdirib.

Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Xaçmaz
Seçilən
57
az.trend.az

1Mənbələr