AZ

Merz: Almaniya və Avropa Yaxın Şərqdə sonsuz müharibədə maraqlı deyil

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Almaniya və Avropa Yaxın Şərqdə davam edən sonsuz müharibə olmasında maraqlı deyillər və ABŞ ilə İsraildə İran ətrafındakı konfliktin tezliklə sona çatdırılması üçün aydın planın olmamasından narahatdırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz Berlində Çexiya Baş naziri Andre Babış ilə birgə mətbuat konfransında bildirib.

"ABŞ və İsrailin bu hədəflərinin bir çoxunu biz bölüşürük, lakin hər yeni müharibə günü ilə daha çox suallar yaranır. Ən çox narahat edən isə görünür ki, bu müharibəni sürətlə başa çatdırmaq və inandırıcı nəticəyə nail olmaq üçün ümumi planın olmamasıdır", - deyə Merz qeyd edib.

Kansler həmçinin vurğulayıb ki, vəziyyət təhlükəli şəkildə gərginləşir: "Almaniya və Avropa – biz sonsuz müharibədə maraqlı deyilik", - deyə əlavə edib.

Merz, ABŞ və İsrailin hücumlarına cavab olaraq İranın Fars Körfəzi ölkələrinə endirdiyi zərbələri yenidən qınayıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
bizimyol.info

1Mənbələr