AZ

Azərbaycan parapauerliftinqçisi Avropa Açıq çempionatında daha iki medal qazanıb

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan parapauerliftinqçisi Rəsul Zəkiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Açıq çempionatında daha 2 gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, 97 kiloqramda çıxış edən idmançı ən yaxşı qaldırmada 126, ümumi qaldırmada isə 358 kiloqram nəticə göstərərək gənclər arasında ikinci yeri tutub.

Yarış Avropa Açıq çempionatı statusu daşıdığından idmançıya əlavə olaraq daha iki gümüş medal təqdim olunub. O, ötən gün də iki gümüş mükafata sahib çıxmışdı.

Daha əvvəl İlhamiz Kərimov (+107 kiloqram) yeniyetmələr arasında ən yüksək göstəriciyə imza ataraq fəxri kürsünün ilk pilləsinə qalxıb.

Seçilən
19
1
azertag.az

2Mənbələr