Bakı. Trend:
2025-ci ildə Azərbaycan və Avropa İttifaqına (Aİ) üzv ölkələrarasında ticarət dövriyyəsinin həcmi 19,770 milyard ABŞ dollarıolub.
Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ildəkigöstərici ilə müqayisədə 177,4 milyon ABŞ dolları və yaxud 0,9%çoxdur.
Hesabat ilində Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 0,8%artaraq 16,9 milyard ABŞ dolları, idxalının dəyəri isə 1,6% artaraq2,826 milyard ABŞ dolları olub.
Hesabat ili ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracındapayı 67,66%, idxalında payı isə 11,59% olub.
Təkcə bu ilin yanvar ayında isə Azərbaycan və Avropa İttifaqına(Aİ) üzv ölkələr arasında ticarət dövriyyəsinin dəyəri 1,781milyard ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü iləmüqayisədə 837,9 milyon ABŞ dolları və ya 1,5 dəfə azdır.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilinyanvar ayında Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 1,5 dəfəazalaraq 1,597 milyard ABŞ dolları, idxalının dəyəri isə 13,4%azalaraq 184,3 milyon ABŞ dolları olub.
Hesabat ayı ərzində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracındapayı 71,42%, idxalında payı isə 14,15% olub.