AZ

Azərbaycan millisinə DÇ-2027-də o rəhbərlik edəcək

AFFA İcraiyyə Komitəsinin 19 fevral 2026-cı il tarixində keçirilmiş iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi vəzifəsinə Rui Jorje namizədliyi müzakirə çıxarıb və təsdiq edib.

Publika.az xəbər verir ki, hüquqi prosedurların tamamlandığını nəzərə alaraq Rui Jorje müvafiq millinin baş məşqçisi postuna təyin olunub. Bu barədə AFFA-nın saytı məlumat yayıb.

Qeyd edək ki, Rui Jorje 2010-cu ildən 15 il müddətində Portuqaliyanın U-21 yığmasını çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Jorje Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

Əlavə edək ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FİFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.

Seçilən
16
publika.az

1Mənbələr