AZ

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb

Bakı, 10 mart, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük neft emalı zavodu əməliyyatlarını dayandırıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Ruwais” sənaye zonasında yerləşən neft emalı zavodu pilotsuz uşuş aparatı ilə hücum nəticəsində baş verən yanğından sonra fəaliyyətini dayandırıb. BƏƏ-nin Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) hazırda müəssisədəki ziyanı qiymətləndirdiyi bildirilir.

Zavod gündəlik 922 min barel neft emal edir. Yaxınlıqda isə neft ixrac müəssisəsi yerləşir. Ərazidə, həmçinin gübrə fabriki, kimya zavodları və elektrik stansiyası da var.

Qeyd edək ki, Yaxın Şərqdəki münaqişə Körfəz ölkələrinin enerji aktivlərində bir sıra dayanmalara səbəb olub. Səudiyyə Ərəbistanı ötən həftə ən böyük neft emalı zavodunun, Qətər isə dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) müəssisəsinin fəaliyyətini dayandırıb.

Seçilən
29
1
azertag.az

2Mənbələr