2027-ci ildə HBO Max-də yayımlanması planlaşdırılan "Harry Potter" serialının setində zorakılıq halları yaşandığı iddia edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, iddialara görə, çəkilişlər zamanı bəzi 12 yaşlı aktyorlar arasında mübahisə çıxıb.
Xüsusilə "The Sun" qəzeti serialın aktyor heyətindəki bəzi kütləvi aktyorlar arasında sözlü mübahisələrin yaşandığını və bəzi hallarda bunun fiziki davaya çevrildiyini bildirib.
İddiaya görə, bu hadisələrə yalnız gənc aktyorlar deyil, həmçinin setdə çalışan bəzi böyüklər də qarışıb. Hətta bir hadisədə iki gənc aktyor arasında baş verən mübahisə çəkilişlərdən sonra real davaya çevrilib.