AZ

Murat Şahin: "Azərbaycan Avropa çempionatının favoritlərindən biridir"

Azərbaycan Serbiyanın Zrenyan şəhərində keçirilən U-23 Avropa çempionatının favoritlərindən biridir.

Bunu "Report"un yarışa ezam olunan əməkdaşına açıqlamasında

Türkiyə Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Murad Şahin deyib.

O, Azərbaycan güləşi və iki ölkə arasındakı sıx əməkdaşlıq barədə müsbət fikirlər səsləndirib:

"Azərbaycanlı qardaşlarımız hər zaman iddialıdırlar və çox yaxşı çalışırlar. Bizim həm federasiya, həm də məşqçilər səviyyəsində çox yaxşı münasibətlərimiz var. Qarşılıqlı təlim-məşq toplanışları keçirik və bu bizə çox fayda verir. Biz həm qardaş, həm də rəqibik, bu, qardaşlar arasındakı xoş bir rəqabətdir".

M.Şahin Azərbaycan millisini qitə birinciliyinin favoritlərindən biri hesab etdiyini vurğulayıb:

"Rusların yarışa qatılması tarazlığı dəyişsə də, Azərbaycan millisi bu çempionatın favorit komandalarından biridir. Heyətdə çox yaxşı idmançılar var, hamısını yaxından izləyirik. Məsələn, Heybətovu və yeni gələn ağırçəkili güləşçini qeyd edə bilərəm. Azərbaycan güləşinin öz üslubu var – hər zaman aqressiv, möhkəm güləşirlər və ürəklərini ortaya qoyurlar. Bu baxımdan Azərbaycan türkü olan qardaşlarımızı hər zaman təqdir edirəm".

Vitse-prezident Türkiyə millisinin turnirdəki çıxışını və medal gözləntilərini dəyərləndirib:

"Yarışın ilk günlərində rusiyalı güləşçilərin şousuna şahidlik etdik, maraqlı görüşlər oldu. Üç idmançımız təsəlliverici görüşlərə çıxıb. Bu gün üç bürünc medal qazanacağımızı gözləyirəm. Bundan başqa, axşam saatlarında üç yarımfinal görüşümüz olacaq. İstərdik ki, bütün medallar bizim və qardaş Azərbaycanın olsun".

Seçilən
5
far.az

1Mənbələr