AZ

Nizami Gəncəvinin 885 illiyinə həsr olunan II Beynəlxalq elmi konfrans keçiriləcək

Azertag saytına istinadən ain.az xəbər verir.

Gəncə, 10 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illiyinə həsr edilən “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 7-də Gəncə şəhərində təşkil olunacaq konfrans çərçivəsində “Nizami Gəncəvi və Türk dünyası”, “Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Nizami Gəncəvi və dünya ədəbiyyatı”, “Nizami Gəncəvi yaradıcılığında din və irfan”, “Nizami Gəncəvi və incəsənət”, “Nizami Gəncəvi yaradıcılığında bəşərilik və birgəyaşayış məfhumu”, “Nizami Gəncəvi: sələflər və xələflər”, həmçinin müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətləri kimi mövzular müzakirə olunacaq.

Müxbir - Elcan Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
azertag.az

1Mənbələr