Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün telefon danışığı aparıblar.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin bildirdiyinə görə, söhbət zamanı tərəflər “ABŞ və İsrailin İrana qarşı təcavüzü nəticəsində kəskin şəkildə pisləşən Yaxın Şərqdəki inkişaf edən vəziyyətlə bağlı” fikir mübadiləsi aparıblar.
Lavrov Moskvanın prinsipial mövqeyini bir daha təkrarlayıb və bildirib ki, Rusiya tez bir zamanda gərginliyin azaldılması və siyasi-diplomatik həll yoluna qayıtmaq lehinədir.
O əlavə edib ki, Rusiya tərəfi İslam Respublikasının və regiondakı qonşularının təhlükəsizlik maraqlarını nəzərə alaraq bu prosesi həmişə asanlaşdırmağa hazırdır.
Aminə ŞAHSUVARQIZI