ain.az, Azertag portalına istinadən məlumat yayır.
Laçın, 10 mart, AZƏRTAC
İşğaldan azad olunduqdan sonra yenidən doğma sakinlərini bağrına basan Laçın şəhərində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə rəngarəng tədbir keçirilib. Şəhərin mənzərəli seyrəngah ərazisində toplaşan laçınlı məktəblilər göy üzünə rəngbərəng çərpələnglər uçuraraq unudulmaz anlar yaşayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dağların qoynunda yerləşən seyrəngahda əsən yüngül bahar mehi uşaqlara çərpələnglərini daha yüksəklərə qaldırmağa imkan yaradıb. Səmada süzən al-əlvan çərpələnglər təkcə azyaşlıların deyil, ətrafdakı sakinlərin və şəhərin qonaqlarının da böyük marağına səbəb olub.
Qeyd edək ki, işğaldan azad olunmuş Laçında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində şəhərdə sosial və mədəni həyat hər ötən gün canlanır, müxtəlif tədbirlər və istirahət proqramları təşkil edilir.
Müxbir-Aydın Yavərzadə












Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.