AZ

“Emin Əmrullayevin riyazi biliyi olsaydı...” – Nazirin bu fotosu qalmaqal yaratdı

“Savadsız jurnalistika yazır ki, Emin Əmrullayev Xankəndində dərs keçdi. Nazir test kitabçasından uşaqlara bir tənlik yazır. Əlində tutduğu dərsliyə oxşamır. Düşünülmüş ssenaridir”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə keçmiş deputat Etibar Əliyev çıxış edib.

Elm və təhsil naziri Emin Əmrullayevin Xankəndidə orta məktəbdə, lövhə qarşısından fotosunu paylaşan E. Əliyev nazirin riyazi savadının olmadığını bildirib:

“Ay savadsızlar, Emin Əmrullayev riyaziyyatçı deyil. O, bilirdi ki, Xankəndində məktəbi ziyarət edəcək. Emin müəllimin orta məktəbdən babat riyazi biliyi olsaydı, kitabçasız, özünün biliyi çərçivəsində uşaqlara bir tənlik yaza bilərdi. Bu cür artistlik nəyə lazımdır? Cəmiyyəti ələ salırsınız?..”

Qeyd edək ki,  bu gün elm və təhsil naziri Emin Əmrullayev Xankəndi və Xocalı şəhərlərinə səfəri çərçivəsində bir sıra təhsil müəssisələrində tədris prosesi və yaradılmış şəraitlə yaxından tanış olub. Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, nazir Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə olub. E. Əmrullayev həmin məktəbdə şagirdlərə riyaziyyatdan dərs deyib.


Telegram kanalımız
Seçilən
55
yenisabah.az

1Mənbələr