AZ

Silva yeni ünvanını müəyyənləşdirir

Msport.az xəbər verir ki, yarımmüdafiəçinin Mançester klubundakı son mövsümünü keçirməsi ehtimal edilir.

“Şəhərlilər”in kapitanının müqaviləsi bu yay bitir və hazırda heç bir uzatma danışıqları aparılmır. PSJ 31 yaşlı portuqaliyalı ilə maraqlanır və yayda onu pulsuz transferə imzalamağı düşünür. “Qalatasaray” və “Barselona” da Silvanı izləyir.

Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

Seçilən
25
3
msport.az

4Mənbələr