BAKI, 10 mart. TELEQRAF
Müharibə başlayandan bəri ABŞ 50-dən çox İran hərbi gəmisini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn məlumat verib.
General müharibənin ilk 10 günündə İranın 50-dən çox hərbi gəmisinin batırıldığı və ya məhv edildiyini bildirib.
Den Keyn İranın müqavimət göstərdiyini, amma özünü ABŞ-nin düşündüyündən daha güclü rəqib olduğunu sübut etmədiyini vurğulayıb.+