“Barselona” futbolçuları Nyukaslda şəhərin eyni adlı komandasına qarşı keçirəcəkləri Çempionlar Liqasının 1/4 final mərhələsinin oyun öncəsi qaldıqları otelə təəccübləniblər.
Publika.az xəbər verir ki, futbolçular hətta məkanı “Harri Potter” filmlərindəki məşhur sehr məktəbi ilə müqayisə ediblər.
Kataloniya təmsilçisi Nyukasl yaxınlığında yerləşən "Matfen Hall Hotel Golf & Spa" otelində məskunlaşıb. Bu, dəbdəbəli və tarixi malikanədir. Otelin binası və interyeri həqiqətən də qeyri-adi görünür. Möhtəşəm zallar, qədim memarlıq və uzun dəhlizlər məşhur film seriyasının dekorasiyalarını xatırladır.
Yarımmüdafiəçi Qavi zarafatla bildirib ki, komandaya elə gəlib ki, sanki Hoqvartsda olublar. Sosial şəbəkələrdə yayılan videoda futbolçular binanın atmosferinə təəccüblənir və zarafatla “Bu nədir, “Harri Potter”dir?” deyirlər.
“Barselona” növbəti oyuna daha yaxşı hazırlaşmaq üçün Bilbao şəhərindəki matçdan sonra Nyukasla gəlib. Əlavə istirahət və rahat yaşayış şəraiti komandanın vacib görüş öncəsi bərpa olunmasına kömək etməlidir.