ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Macarıstan Parlamenti Ukraynanın Avropa Birliyinə daxil olmasına və Rusiya ilə silahlı münaqişəsini davam etdirmək üçün ölkəyə maliyyə yardımı göstərilməsinə qarşı qətnamə qəbul edib.
Bizimyol.info xəbər verir ki, Parlamentin veb saytında yayımlanan iclasda elan edildiyi kimi, 142 üzv qətnamənin lehinə, 28 üzv əleyhinə səs verdi və 4 üzv bitərəf qalıb.
Hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi fraksiyası tərəfindən təklif edilən qətnamə tövsiyə xarakteri daşıyır, lakin hökumət AB ilə məsləhətləşmələr zamanı üzvlərin fikirlərini izləmək niyyətindədir. Qətnamədə qeyd olunur ki, Macarıstan Ukraynanın "müharibə vəziyyətində" olduğu və onun qəbul edilməsi Avropa ilə Rusiya arasında birbaşa qarşıdurmaya səbəb ola biləcəyi üçün onun AB-yə tələsik qəbul edilməsinə qarşıdır. Buna görə də üzvlər hökumətin Ukrayna ilə AB-yə daxil olma danışıqlarının başlanmasını dəstəkləməməsini təklif ediblər.
Qətnamədə həmçinin hökuməti Ukraynadakı münaqişənin həlli üçün beynəlxalq sülh səylərini dəstəkləməyə və ölkəyə hərbi məqsədlər üçün istifadə edilə biləcək silah və vəsait göndərməkdən çəkinməyə çağırır. Bundan əlavə, parlament Aİ-nin "hərbi birliyə" çevrilməsinin qarşısını almağın və Brüsselin ən vacib qərarlarda konsensus prinsipindən imtina etməsinə və Aİ üzvlərini veto hüququndan məhrum etməsinə imkan verəcək hüquqi boşluqlar və siyasi mexanizmlər yaratmasının qarşısını almağın vacibliyini bəyan edib.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.