AZ

ŞKTC Xarici İşlər Nazirliyi: Türkiyənin F 16 larının yerləşdirilməsi bölgədə təhlükəsizliyin təminatıdır

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Xarici İşlər Nazirliyi 9 mart 2026 tarixində açıqlama verərək, Cənubi Kipr Rum İdarəsinin lideri Nikos Hristodilidisin Türkiyənin ŞKTC-yə yerləşdirdiyi "F-16"larla bağlı iddialarını qəti şəkildə pisləyib. Hristodilidisin “Türkiyənin Kiprdə işğalçı qüvvə olduğu” yönündəki bəyanatı da sərt tənqid olunub.

Bizimyol.info xəbər verir ki, açıqlamada vurğulanır ki, 1963-1974-cü illərdə ada üzərində Rum tərəfinin Kipr türk xalqına qarşı həyata keçirdiyi zülmlər və qanlı hadisələr Kipr türk xalqının yaddaşında dərin iz buraxıb. 1974-cü ildə Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi “Xoşbəxt Sülh Hərəkatı” adada sülh və sabitliyin yeganə təminatçısıdır.

Anavatan Türkiyənin, bölgədə son dövrlərdə baş verən hadisələr və Cənubi Kipr Rum İdarəsinin birtərəfli hərbi əməkdaşlıqları nəticəsində adanı yenidən riskə atması fonunda, ŞKTC-yə 6 ədəd "F-16" döyüş təyyarəsi və hava müdafiə sistemləri yerləşdirməsindən böyük məmnunluq ifadə edilib. Vurğulanıb ki, Kipr türk xalqının təhlükəsizliyi tarixi kimi bu gün də Anavatan Türkiyə tərəfindən təmin olunur və Türkiyənin ada üzrə hərbi varlığı, sülh, sabitlik və təhlükəsizliyin əsas zəmanətidir.

Açıqlamada qeyd olunur ki, Türkiyənin effektiv və real təminatı, Türk əsgərinin sahədəki caydırıcı mövcudluğu Kipr türk xalqı üçün həyati əhəmiyyət daşıyır. Bu gücün hər zaman yanımızda olmasına görə Anavatan Türkiyəyə təşəkkür ifadə edilir.

Həmçinin qeyd olunur ki, Cənubi Kipr Rum İdarəsinin silahlanma fəaliyyəti, xüsusilə Hristodilidisin liderliyə gəlməsindən sonra sürətlənib. Hristodilidis dövründə milyardlarla avro hərbi texnika və silahlanmaya xərclənib, müxtəlif ölkələrlə hərbi əməkdaşlıqlar qurulub.

Cənubi Kipr Rum İdarəsi, adanı ABŞ, İsrail və Fransa kimi ölkələrin hərbi istifadəsinə açaraq, bəzi güclərin maraqları istiqamətində hərbi baza halına gətirib. İndi isə ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatları bəhanə edərək, adada və ətrafında bir çox ölkənin hərbi qüvvələrinin yerləşməsinə imkan yaradıb. Bu fəaliyyətlər bölgədə həssas tarazlıqları dəyişdirə və adanı Şərqi Aralıq dənizində təhlükə mənbəyinə çevirə bilər.

Buna baxmayaraq, ŞKTC bölgədə sülh və sabitliyin qorunmasına sadiq olduğunu, Kipr türk xalqının təhlükəsizliyini təhdid edən hər bir hadisəni yaxından izləyəcəyini və lazım gələrsə Türkiyə ilə birlikdə bütün tədbirləri görməkdən çəkinməyəcəyini vurğulayıb.

Son olaraq açıqlamada qeyd olunur ki, bölgədə baş verən son hadisələr, ŞKTC-nin “bərabər iki dövlət” siyasətinin nə qədər doğru və real olduğunu bir daha sübut edir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr