AZ

Sahibkarlıq subyektlərinin əməkdaşları qida istehsalında şəxsi gigiyena barədə məlumatlandırılıblar

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti “Qida istehsalında şəxsi gigiyena” mövzusunda təlim təşkil olunub.

Bu barədə AZƏRTAC-a AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, təlimdə iştirakçılara qida zəncirinin bütün mərhələlərində yerinə yetirilməsi vacib olan gigiyena qaydaları barədə məlumat verilib. Həmçinin qida təhlükəsizliyində şəxsi gigiyenanın önəmindən və təmizlik qaydalarından bəhs edilib. İnsanların sağlamlığını qorumaq üçün qida istehsalı zamanı şəxsi gigiyena qaydalarına əməl olunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Təlimdə iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
azertag.az

1Mənbələr