AZ

Avropa çempionatının Təşkilat Komitəsinin üzvü: Azərbaycanın zəngin güləş ənənəsi var

Zrenyanin, 10 mart, AZƏRTAC

Biz Azərbaycan güləşçilərinə böyük hörmətlə yanaşırıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiyanın Zrenyanin şəhərində təşkil olunan 23 yaşadək güləşçilərdən ibarət Avropa çempionatının Təşkilat Komitəsinin üzvü Marko Stanoyçiç deyib.

O, Azərbaycanın zəngin güləş ənənəsinin olduğunu bildirib: "Bilirik ki, Azərbaycan millisi güləşin hər 3 növündə komanda birinciliyini qazana biləcək gücə malikdir. Bunu hazırda davam edən yarışda da görəcəyik. Əminəm ki, Azərbaycan üç növdən ən azı birində Avropa çempionu olacaq".

M.Stanoyçiç Zrenyanin şəhərinin 10 ildən sonra yenidən böyük güləş yarışına ev sahibliyi etməyinin sevincini yaşadığını söyləyib: "Bu şəhərin böyük güləş ənənəsi var. Bizim yerli klubumuz 1920-ci ildə yaradılıb, yəni burada güləşin 100 ildən çox tarixi var. Zrenyanində güləşlə məşğul olan insanlar yarışların təşkilində böyük təcrübəyə malikdirlər və idmançıların rifahı üçün nəyin daha yaxşı olduğunu bilirlər. Biz ən böyük diqqəti idmançıların hazırlığına, isinmə zonasına və yarış meydançasına yönəltmişik".

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.

 

Müxbir: Cavid Əliyev

 

Seçilən
28
2
azertag.az

3Mənbələr