AZ

Xaricdə təhsil üzrə Dövlət Proqramı iştirakçıları arasında qadın və kişilərin sayı bərabərdir VİDEO

Bakı, 10 mart, AZƏRTAC

İllər üzrə baxdıqda xaricdə təhsil üzrə Dövlət Proqramı iştirakçıları arasında qadın və kişilərin sayı demək olar ki, bərabərlik təşkil edir.

Bu fikirləri Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov AZƏRTAC-ın sualını cavablandırarkən deyib.

Layihə rəhbəri bildirib ki, iştirakçıların gender kateqoriyasında ayrı-ayrı illərdə müəyyən fərqlər müşahidə oluna bilər: “Bəzən xanımların, bəzən isə bəylərin müraciətlərində artım olur. Lakin ümumi mənzərədə gender balansı qorunub saxlanılır. Bu da hər iki cinsin nümayəndələrinin proqrama marağının yüksək olduğunu göstərir”.

Müxbir – Aysel Azadqızı

Fotoqraf – Tofiq Babayev

Videooperator – Namiq Abdullayev

Seçilən
102
azertag.az

1Mənbələr