AZ

Qalibaf: “Sionist rejim utancverici varlığını...”

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrailin ölkəsinə qarşı başlatdığı müharibədə atəşkəs axtarışında olmadıqlarını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Qalibaf  "X" sosial media hesabından paylaşdığı mesajında:

"Biz qətiyyən atəşkəs axtarışında deyilik, təcavüzkarın ağzına bir yumruq vurulmalı olduğuna inanırıq ki, dərsini alsın və bir daha əsla sevimli İranımıza hücum etməyi düşünməsin", - ifadələrini işlədib.

İran Məclis sədri bunları qeyd edib:

"Sionist rejim utancverici varlığını və suverenliyini möhkəmləndirmək üçün müharibə, danışıqlar. atəşkəs və ardınca yenidən müharibə dövrəsini davam etdirir. Biz isə bu dövrəni qıracağıq".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın dünənki açıqlamalarında ölkəsinin İsrail ilə birlikdə İrana qarşı başlatdığı müharibədə atəşkəs axtarışında olduğuna dair şərhlər edilmişdi.

Seçilən
65
1
cebheinfo.az

2Mənbələr