AZ

Argentinalı dünya çempionu yekun qərarını verdi

"Tottenhem"in mərkəz müdafiəçisi Kristian Romero gələcək karyerası ilə bağlı yekun qərarını verib.

Fanat.Az-İngiltərə məlumatına görə, informasiyanı "The Telegraph" yayıb.

Məlumata görə, 27 yaşlı argentinalı yayda London klubu ilə vidalaşmaq niyyətindədir və bu istəyini rəhbərliyə çatdırıb.

2022-ci ildə Argentina yığması ilə dünya çempionu olan Romero cari mövsüm "Tottenhem"in heyətində 28 matça çıxaraq 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Toğrul

Seçilən
22
1
fanat.az

2Mənbələr