BAKI, 10 mart. TELEQRAF
47 ildir ki, İran rejiminin vəhşi qüvvələri bizim silahdaşlarımızı və əsgərlərimizi qətlə yetirirlər.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset İran ərazisində həyata keçirilən hərbi əməliyyatların gedişi barədə danışarkən bildirib.
Pentagon rəhbəri qeyd edib ki, bu mübarizə Amerika ordusunun yeni nəsli üçün xüsusi əhəmiyyət kəsb edir: "Bu döyüş bizim üçün doğmadır və gənc nəsil bu mübarizənin mahiyyətini yaxşı anlayır".
Nazir həmçinin İranın hərbi infrastrukturdan qeyri-qanuni istifadədə ittiham edərək əlavə edib: "Onlar raketləri məktəblərdən və xəstəxanalardan atırlar. Bu gün İran daxilində həyata keçirəcəyimiz zərbələr yenidən ən yüksək intensivliyi ilə seçiləcək".