AZ

“Barselona” axtardığını İtaliyada tapdı

“Barselona” “Roma”nın müdafiəçisi Obite Ndika ilə maraqlanır.

Msport.az xəbər verir ki, sözügedən transfer cari mövsümün sonunda reallaşa bilər.

Kataloniyalıların baş məşqçisi Hans-Diter Flik 26 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır. Lakin oyunçunun “canavarlar”la 2028-ci ilin yayına qədər müqaviləsi var. Bununla belə, futbolçu özü də “Barselona”da oynamağa meyillidir.

Qeyd edək ki, “Oser”in yetirməsi olan Ndika 2023-cü ildə “Ayntraxt”dan “Roma”ya keçib.

Seçilən
23
2
msport.az

3Mənbələr