AZ

Ramazandan sonra qidalanma necə olmalıdır?

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ramazan ayının son günlərini yaşayırıq. Bu müddətdə gün ərzində uzun saatlar ac qalan bədən müəyyən qidalanma qaydasına uyğunlaşır.

Bəs Ramazan ayından sonra qidalanma necə qurulmalıdır?

Gununsesi.info -ya danışan qida mütəxəssisi Validə Şixiyeva bildirib ki, bayramdan sonra gündəlik qidalanmaya birdən-birə və ağır yeməklərlə qayıtmaq düzgün deyil.

“İlk günlərdə yüngül və asan həzm olunan qidalar seçilməlidir. Səhər yeməyi mütləq edilməli, gün ərzində qida qəbulu tədricən artırılmalıdır”,-deyə o əlavə edib.

Validə Şıxıyeva bildirib ki, tərəvəz və meyvə qidalanmada üstünlük təşkil etməlidir:

“Yağlı və çox şirin qidaları az miqdarda qəbul etmək daha doğru olar. Gün ərzində kifayət qədər su içilməsi də bədənin tarazlığının bərpasına kömək edir. Düzgün və ölçülü qidalanma insan sağlamlığının qorunmasında mühüm rol oynayır”.

Firuzə Mahmudova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
icma.az

1Mənbələr