AZ

Simonyan: “Kimə iş vermədiksə, müxalifətçi oldu”

Ermənistanda hakimiyyətlə müxalifət arasında polemika davam edir.

Musavat.com xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan sosial şəbəkədə paylaşım edərək ölkədəki müxalifətə sərt münasibət bildirib.

Simonyanın sözlərinə görə, hazırda hakimiyyətə qarşı çıxan bəzi şəxslərin müxalifətə qoşulmasının əsas səbəbi şəxsi maraqlarla bağlıdır.

“İş vermədiklərimiz müxalifətçi oldu. İşdən çıxardıqlarımız müxalifətçi oldu. Prinsiplərimizi qəbul etməyən və bizim də qəbul etmədiyimiz şəxslər müxalifətçi oldu. Qanunu pozduqlarına görə barələrində cinayət işi açılanlar da müxalifətçi oldular”, – deyə o qeyd edib.

Spiker əlavə edib ki, bu vəziyyətdə hakimiyyətin müxalifət yaratdığı barədə iddiaların doğru olmadığını sübut etmək lazımdır.

“Gəlin sübut edək ki, müxalifət meydanını biz formalaşdırmırıq”, – deyə Simonyan bildirib.

Onun bu açıqlaması Ermənistanın daxili siyasi mühitində yeni müzakirələrə səbəb olub.

Musavat.com

Seçilən
100
musavat.com

1Mənbələr