AZ

AFFA-dan “Şahdağ Qusar”la bağlı sərt cəzalar – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 17-ci turundakı oyunlarla bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Birinci Liqa, 17-ci tur

“Baku Sportinq” – “Mingəçevir” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. Oyunun fasiləsində “Mingəçevir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə bu klub 900 manat cərimə edilib.

“Şəfa” – “Şahdağ Qusar” oyununda “Şəfa”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib. “Şahdağ Qusar”da 4 nəfər sarı vərəqə aldığı üçün Qusar komandası da 210 manat cərimə edilib. Oyunun 45+2-ci dəqiqəsində “Şahdağ Qusar”ın həkimi Müşfiq Hümmətli hakimi təhqir və təhdid etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Şahdağ Qusar” buna görə 3000 manat cərimə ödəyəcək. Oyunun 90+4-cü dəqiqəsində “Şahdağ Qusar”ın məşqçisi Babək Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Şahdağ Qusar” buna görə də 3000 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şahdağ Qusar”ın icraçı direktoru Mirzə Bayrampul “A buraxılışı” akkreditasiyası olmadan Zona 1-ə daxil olduğuna görə Qusar komandası 300 manat cərimə edilib.

“Cəbrayıl” – “Səbail” oyununda “Cəbrayıl”da 6 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 210 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
22
15
arena.az

10Mənbələr