AZ

İrandan Azərbaycana gələn səfir: Qəbula görə təşəkkür edirik

İrandan təxliyə olunaraq Azərbaycan ərazisinə keçən Niderland Krallığının bu ölkədəki səfiri Emiel de Bont jurnalistlərə müsahibəsində təhlükəsizlik tədbirlərinə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI: 

Niderland səfiri İrandan Azərbaycana təxliyə olundu – FOTO


Bizim.Media xəbər verir ki, bu barədə səfir jurnalistlərə açıqlamasında danışıb.

“Bizi ölkənizdə qəbul etdiyiniz və təhlükəsizliyimizi təmin etdiyiniz üçün çox təşəkkür edirik. Çox minnətdarıq. Təəssüf ki, təhlükəsizlik vəziyyətinə görə biz Tehrandakı fəaliyyətimizi və əməliyyatlarımızı müvəqqəti olaraq dayandırmaq qərarı verdik və təhlükəsizlik səbəbilə səfirliyimizi buradan köçürürük. Vəziyyət daha sakit olduqda tezliklə yenidən Tehrana qayıtmağa ümid edirik”, - deyə o əlavə edib.

Bizim.Media

Seçilən
77
4
bizim.media

5Mənbələr