AZ

Anthropic şirkəti Pentaqona qarşı iddia qaldırıb

Claude neyron şəbəkəsinin inkişaf etdiricisi olan Anthropic şirkəti Pentaqona qarşı iddia qaldırıb. Səbəb Pentaqonun milli təhlükəsizlik səbəbləri ilə şirkəti qara siyahıya salmaq cəhdləridir.

Herbiand.az bu barədə Reuters agetntliyinə istinadən bildirir.

“Bu hərəkətlər görünməmiş və qanunsuzdur. Konstitusiya hökumətə icazə vermir ki, qanuni olaraq qorunan söz azadlığına görə şirkəti cəzalandırmaq üçün böyük səlahiyyətindən istifadə etsin”, - şirkət qeyd edib.

Şirkətin Kaliforniyadakı federal məhkəməyə təqdim etdiyi iddia ərizəsində status təyinatının ləğv edilməsi və federal departamentlərə onu tətbiq etməyi qadağan edilməsi tələb olunur.

ABŞ Hərb Nazirliyi daha əvvəl Anthropic şirkətini ABŞ təchizat zəncirinə təhlükə yaradan şirkətlər siyahısına əlavə edib. Buna cavab olaraq, Claude süni intellekt sisteminin yaradıcıları Pentaqonun həm şirkətin, həm də ordunun əməliyyatlarını təhdid edəcək təchizat zənciri riskləri ilə bağlı hər hansı bir qərarına məhkəmədə etiraz edəcəklərinə söz veriblər.

ABŞ hakimiyyəti ilə Anthropic arasındakı münaqişənin əsas mənbəyi süni intellektin hərbi məqsədlər üçün necə istifadə edilə biləcəyi ilə bağlı fikir ayrılığının olmasıdır. ABŞ prezidenti Donald Tramp bütün federal agentliklərə Anthropic-in süni intellektindən istifadə etməyi qadağan edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
29
herbiand.az

1Mənbələr