AZ

Masazırda özünə yer tapa bilməyən sürücü ard arda qaydaları pozdu VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Abşeron rayonu, Masazır qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 9-da saat 10:03 radələrində Əliağa Vahid küçəsində qeydə alınıb. Görüntülərdən aydın olur ki, 99-RQ-568 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü əvvəlcə videonu qeydə alan nəqliyyat vasitəsini sağ tərəfdən ötərək qəza şəraiti yaradıb.

Belə ki, birzolaqlı yolda süni şəkildə əlavə zolaq yaradan sürücü hərəkət boyu avtomobili sıxışdırıb. Daha sonra qayda pozan sürücü yolun kənarına çəkilərək ona yol versə də, qısa müddət sonra yenidən xəta törədib.

Sürücü bu dəfə bütöv xəttin tələbini nəzərə almadan əks istiqamətli hərəkət zolağına çıxaraq axına qarşı hərəkət edib. Nəticədə o, digər nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaradıb.Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
avtosfer.az

1Mənbələr