AZ

XİN başçıları telefonla danışdı - Türkiyə İrana xəbərdarlıq etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidanla İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

“Yeni Sabah” xəbər verir ki, telefon danışığı zamanı İrandan Türkiyə ərazisinə raket atılması məsələsi müzakirə olunub.   

H.Fidan həmkarına bildirib ki, Türkiyə hava sahəsinin pozulması qəbuledilməzdir.

Telefon danışığında H.Fidan vurğulayıb ki, Türkiyə bu cür hallara qarşı bütün zəruri tədbirləri görməyə davam edəcək. O, həmçinin bütün tərəfləri bölgə təhlükəsizliyinə zərər verə biləcək və mülki şəxslər üçün risk yarada biləcək addımlardan çəkinməyə çağırıb.

Abbas Əraqçi isə qeyd edib ki, Türkiyə hava sahəsinə yönələn raketlərin İran mənbəli olmadığı müəyyən olunub və məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparılacaq.


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr