AZ

Fidanla Əraqçi arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediasın məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı H.Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib və Türkiyənin buna qarşı bütün zəruri tədbirləri görməyə davam edəcəyini vurğulayıb.

Nazir Fidan həmçinin qeyd edib ki, bütün tərəflər regional təhlükəsizliyə zərər verə biləcək və mülki şəxslər üçün risk yaradacaq addımlardan çəkinməlidir.

A.Əraqçi isə Türkiyə hava məkanına yönələn raketlərin İran mənbəli olmadığını bildirib və məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparılacağını qeyd edib.

Seçilən
43
6
ikisahil.az

10Mənbələr