AZ

MHP lideri: Türkiyə Azərbaycan arasında nifaq salmağa çalışanları rədd edirik

“İranda hücuma məruz qalan şəhərlərin böyük əksəriyyəti türklərdir. Təbrizdən İsfahana qədər qardaşlarımız atəş altındadır. Bundan əlavə, 5 mart 2026-cı ildə İran ərazisindən gələn pilotsuz uçuş aparatları Naxçıvan Muxtar Respublikasına zərbə endirdi və 4 mart 2026-cı ildə İrandan Türkiyəyə doğru yönələn ballistik raketlər Türkiyə hava məkanına girməzdən əvvəl NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirildi. İranın bu təhlükəli hadisələrlə bağlı verdiyi üzrxah bəyanatlar və suveren hüquqlarımıza hörmət ifadəsi tarixi əhəmiyyət kəsb edir”.

 Ölkə.az xəbər verir ki, bunu Türkiyə Miliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı bəyan edib.

Baxçalı əlavə edib ki, lakin 9 mart 2026-cı ildə İrandan atılan yeni ballistik raketin Türkiyə hava məkanına daxil olması və NATO qüvvələri tərəfindən zərərsizləşdirilməsi, bəzi qəlpələrin isə Qaziantepdəki boş sahələrə düşməsi bizi  naraht etməyə başlayıb.

“Hər bir ölkə özünə gəlməlidir. Türkiyə qumar oynanılacaq bir ölkə deyil. İran təcavüzün, təxribatın və ya sui-qəsdin olub-olmadığını aydınlaşdıracaq ölkədir. Biz qəsdən heç bir hərəkətin olmadığına inanmaq və mehriban qonşuluq münasibətlərimizi qorumaq istəyirik”, - o qeyd edib. 

MHP lideri  bildirib ki,  müharibənin regional xarakter almasının qarşısını almaq üçün ardıcıl, çoxşaxəli təxribatlara qarşı həssaslıq nümayiş etdirmək və atədbirlər görmək bütün ölkələrin marağındadır: “Bütün dünya da bilməlidir ki, hava məkanımızda və ya Azərbaycan hava məkanında yolunu və ya istiqamətini itirən başqa bir raket və ya pilotsuz uçuş aparatını görmək, eşitmək və ya şahid olmaq istəmirik.

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanları rədd edirik.

Biz mediada yayılan böhtanları və geniş yayılmış təxribatları qəti şəkildə rədd edirik. "Bir millət, iki dövlət" reallığı tarixin, mədəniyyətin və ortaq xatirələrin müqəddəs nəticəsi və məsuliyyətidir. Həm sərhəd təhlükəsizliyimizi, həm də hava məkanımızın təhlükəsizliyini qorumağa borcluyuq”. 

 Mürtəza

Seçilən
76
1
olke.az

2Mənbələr