AZ

ABŞ Türkiyə ilə bağlı bu cinayət işini bağladı

ABŞ-İran arasında baş verən gərginlik fonunda Türkiyənin “Halkbank”ı ABŞ-ın Ədliyyə Nazirliyi ilə dövlət bankına qarşı illərdir davam edən cinayət işini həll etmək üçün razılığa gəlib.

News365.az xəbər verir ki, bu barədə bank özü məlumat yayıb.

“Təxirə salınmış məhkəmə prosesi müqaviləsinin şərtlərinə əsasən, bank heç bir ittihamı qəbul etməyəcək və heç bir pul cəriməsi ödəməyəcək.

Məhkəmənin razılaşmanı təsdiqləməsi ilə ABŞ-da bankımıza qarşı cinayət işi başa çatacaq”, - məlumatda bildirilib.

​Qeyd edək ki, 2019-cu ildə Türkiyənin dövlət bankı “Halkbank”ın baş direktor müavini Mehmet Hakan Atilla ABŞ-ın İrana tətbiq etdiyi sanksiyanı pozmaqda ittiham olunub.

Seçilən
21
1
news365.az

2Mənbələr