AZ

Bakının bu hissələrində obyektlər su qiymətinədir FOTO

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Paytaxtın daşınmaz əmlak bazarında maraqlı və bir o qədər də düşündürücü proseslər müşahidə edilir. Uzun illər sahibkarların əsas hədəfi olan "28 May", "Sahil" və "İçərişəhər" kimi mərkəzi ərazilərdə obyekt icarəsinə maraq kəskin azalıb. Əvvəllər boş yer tapmağın müşkül olduğu bu küçələrdə indi üzərində "icarəyə verilir" elanı asılmış çoxsaylı vitrinlərə rast gəlmək mümkündür.Demokrat.az-ın məlumatına görə bu vəziyyətin yaranması təkcə iqtisadi amillərlə bağlı deyil. Mərkəzdəki obyektlərin cəlbediciliyini itirməsinə təsir edən əsas səbəblər infrastruktur çətinlikləri və yeni parkinq siyasətidir. Küçə kənarlarında pulsuz dayanacaqların ləğv edilməsi, mövcud parkinq qiymətlərinin yüksək olması həm sahibkarlar, həm də müştərilər üçün ciddi maneəyə çevrilib. İnsanlar avtomobillərini saxlamağa yer tapmadıqları və ya dayanacağa xidmət haqqından baha pul ödəmək istəmədikləri üçün mərkəzi mağaza və kafelərdən uzaqlaşırlar. Belə ki, şəhərin mərkəzində 8 saatlıq işləyən şəxs üçün təkcə parkinq haqqı gündəlik 8 manat pul tutur.Nəqliyyatın hərəkətindəki çətinliklər də prosesi sürətləndirən amillər sırasındadır. Xüsusilə axşam saatlarında mərkəzi küçələri iflic edən ağır tıxaclar həm vaxt itkisi yaradır, həm də logistika xərclərini artırır. Bu reallıqla üzləşən biznes sahibləri daha səmərəli alternativlər axtarmağa başlayıblar. Nəticədə şəhərin mərkəzindən bir qədər kənarda yerləşən ərazilərdə icarə bazarı canlanıb.Mərkəzdən kənar zonalarda parkinq probleminin olmaması və hərəkətin nisbətən rahatlığı həm icarəçilər, həm də alıcılar üçün seçim üstünlüyü yaradır. Eyni zamanda həmin ərazilərdə qiymətlərin daha münasib olması biznesin xərclərini azaldır və gəlirliliyi artırır.Həmçinin oxu:

Bu ölkələrin gəmiləri Hörmüz boğazından keçə bilər

İran atəşkəs üçün əsas şərtini açıqladı

10 Martın ulduz falı — Sizə 'yaşıl' yandı, gözlədiyiniz məqam çatırİslam

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
76
demokrat.az

1Mənbələr