AZ

Türkiyə və Azərbaycan hava məkanında istiqamətini itirmiş raket görmək istəmirik - Dövlət Baxçalı

"Türkiyə və Azərbaycan hava məkanında yolunu və ya istiqamətini itirən başqa bir raket görmək istəmirik".

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

"Hər bir ölkə özünə gəlməlidir. Türkiyə qumar oynanılacaq bir ölkə deyil. İranın üzr istəməsi tarixi əhəmiyyət kəsb edir. Biz qonşuluq münasibətlərimizi qorumaq istəyirik, amma Türkiyənin hamı üçün azad bir ölkə olmadığını və hər kəsin ona raket ata biləcəyi bir ölkə olmadığını bildiririk. Qonşu ölkələrin təxribatlara həssaslıq göstərməsi hər bir ölkənin marağındadır. Hava məkanımızda və ya Azərbaycan hava məkanında yolunu və ya istiqamətini itirmiş başqa bir raket görmək istəmirik",- siyasətçi vurğulayıb. 

MHP sədri əlavə edib ki, Türkiyənin İranla 530 kilometrlik sərhədi var. Biz iki dost ölkəyik və qonşu ölkəyə edilən hər hansı bir hücuma reaksiya veririk. Ədalətsizliyə yol verən hər kəsə qarşı sona qədər dayanacağıq.Xatırladaq ki, İrandan müxtəlif vaxtlarda Türkiyə hava məkanına daxil olan iki raket müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

İlahə Qənbərli Missiya.Az

Seçilən
51
missiya.az

1Mənbələr