AZ

İsrail bu qaz yataqlarını bağladı

İsrail Aralıq dənizində yerləşən iki böyük qaz yatağında fəaliyyəti dayandırıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İsrailin “Yediot Aharonot” qəzeti məlumat yayıb.

Bildirilib ki, İranın raket və PUA hücumları ilə bağlı təhlükəsizlik riski səbəbindən Leviathan və Karish qaz yataqlarında fəaliyyət göstərən şirkətlər işçiləri təxliyə edib və qaz hasilatı ilə bağlı işləri dayandırıb.

Qeyd edək ki, Leviathan Şərqi Aralıq dənizinin ən böyük qaz yataqlarından biridir. Bu yataq 2010-cu ildə Hayfa şəhərindən təxminən 130 kilometr qərbdə aşkarlanıb və ehtiyatlarının təxminən 535 milyard kubmetr təbii qaz olduğu qeyd olunur.

İsrailli iqtisadi təhlilçilərin fikrincə, bu yataqlarda fəaliyyətin uzun müddət dayandırılması ölkədə enerji sahəsinə təsir göstərə bilər. Bundan başqa, İordaniya və Misirə qaz ixracında da azalma yarana bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
59
1
yenisabah.az

2Mənbələr