AZ

"Tehran bizə xəyanət etdi!"

Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani İranın Körfəz ölkələrinə raket və pilotsuz təyyarə hücumlarını "ölümcül strateji səhv" adlandırıb.

"Tehran bizə xəyanət etdi"

Əl-Tani Tehranın bu addımla Qətərə "xəyanət" etdiyini iddia edib. Baş nazir ölkəsinin hədəfə alınmasını qətiyyətlə pisləyərək, regionun "çox çətin bir mərhələyə" qədəm qoyduğunu bildirib. Qlobal böhranlarda vasitəçilik rolu ilə tanınan Şeyx Məhəmməd Tehranın mövqeyini böyük bir məyusluq kimi xarakterizə edərək deyib: "Biz özümüzü böyük bir xəyanətə uğramış hiss edirik. Müharibə başladıqdan cəmi bir saat sonra, qonşularımıza qarşı aparılan heç bir müharibənin bir hissəsi olmayacağımızı açıq şəkildə bəyan etməyimizə baxmayaraq, Qətərə və digər Körfəz ölkələrinə hücum edildi”.

Mövsüm,

AzNews.az

DİGƏR XƏBƏRLƏR


Warning:Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 95
Seçilən
83
aznews.az

1Mənbələr