
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın yeni Ali Lideri Müctəba Xamenei Vaşinqtonun tələblərinə, o cümlədən ölkənin nüvə proqramını dayandırmaq çağırışlarına əməl etməsə, onun vəzifədən kənarlaşdırılmasını dəstəkləməyə hazırdır.
Missiya.Az xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" qəzeti yayıb.Qəzetin mənbələrinə görə, Tramp administrasiyası inanır ki, Müctəba Xamenei atasının, keçmiş Ali Lider Əli Xameneinin sərt siyasətini davam etdirəcək və Qərblə güzəştə getməyəcək.
Habelə qəzet yazır ki, ABŞ İsrail vasitəsilə İran Liderini aradan qaldırmaq üçün mümkün əməliyyat keçirməyi nəzərdən keçirə bilər.
Vaşinqton bu məlumatla bağlı rəsmi şərh verməyib. Analitiklər isə xəbərdarlıq edirlər ki, belə bir ssenari ABŞ-İran münasibətlərini kəskin şəkildə gərginləşdirə və Yaxın Şərqdə vəziyyəti daha da kritik edə bilər.
Seyranə QuliyevaMissiya.Az