AZ

Əvvəlki dövrdə səfirliyimizə, ötən həftə Naxçıvana edilən hücumla İranın molla rejimi öz iç üzünü göstərir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Xarici işlər naziri Jeyhun Bayramov bildirib ki, bu qərar Prezident İlham Əliyevin göstərişi ilə qəbul olunub və diplomatik heyətin İrandan çıxarılması prosesi artıq icra mərhələsindədir. Nazir vurğulayıb ki, mövcud təhlükəsizlik şəraitində insanların həyatını riskə atmaq olmaz və dron hücumları ilə bağlı İranın apardığı araşdırmanın nəticələri gözlənilir.Bu addım bölgədəki təhlükəsizlik vəziyyətinin daha da gərginləşdiyini göstərirmi?

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ötən həftə İranın mövcud molla rejimi növbəti dəfə öz riyakar sifətini göstərmiş oldu: “Azərbaycana uzun illərdir ki, düşmən mövqe sərgiləyən hazırkı İran rejimi Azərbaycan ərazisinə, konkret olaraq Naxçıvana dron hücumu reallaşdırmaqla faktiki olaraq terror aktı həyata keçirmiş oldu. Bununla bağlı dərhal Azərbaycan prezidenti tərəfindən Təhlükəsizlik Şurasının iclası çağırıldı və müvafiq təhlükəsizlik tədbirləri görülməsi ilə bağlı tapşırıqlar verilib”.

Arzuxan Əlizadə / Foto: amip.az

“Artıq ordu bir nömrəli hazırlıq vəziyyətinə gətirilib. Eyni zamanda diplomatik korpusumuza da, digər müvafiq qurumlara xüsusi tapşırıqlar verilib. Bu tapşırıqlardan biri də bundan ibarətdir ki, Azərbaycanın İrandakı səfirliyinin və Təbrizdəki konsulluğumuzun təxliyəsi ilə bağlı verilmiş tapşırıqdır. Məsələ burasındadır ki, digər dövlətlərin diplomatik korpusları faktiki olaraq İranı ard-arda tərk etməkdə idilər. Həmin diplomatik korpus nümayəndələri, eləcə də xarici vətəndaşların İranda halhazırda bu vaxta qədər olan müəyyən səbəblərdən xarici vətəndaşların əksəriyyətinin Azərbaycan üzərindən Azərbaycan quru sərhədi üzərindən təxliyəsi mümkün idi. Bu prosesdə Azərbaycanın İrandakı səfirliyi və Təbrizdəki konsulluğumuz müvafiq işlər görürdü.

Koordinasiya işləri daha çox Azərbaycan səfirliyinin üzərində idi və Azərbaycan səfirliyi də artıq oradan çıxırsa, bu suallar da doğurur. Eyni zamanda o baxımdan ki, orada olan digər İranı tərk etmək istəyən digər ölkə vətəndaşları, eləcə də Azərbaycan vətəndaşları da hələ ki, orda olanlar var. Bildiyimiz qədəri ilə onların təxliyyəsi necə olacaq, hansı mexanizmlər işləyəcək? Bu da təbii ki, bir sualdır. Amma məsələnin ciddiliyi də ondadır ki, artıq bizim diplomatik korpusun İrandan təxliyə edilməsi ilə bağlı müvafiq qərar verilib. Vəziyyət kifayət qədər ciddi və kritikdir. İran molla rejimi öz iç üzünü göstərməkdədir. Bundan əvvəlki dönəmdə də bizim səfirliyimizə edilən terror aktı da, budəfəki terror aktı da onun davamı kimi qəbul edilməlidir”-deyən deputat qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
icma.az

1Mənbələr