AZ

Bu gün hansı çərşənbədir: Yel, yoxsa torpaq?

Bakı. Trend:

Novruzun üçüncü çərşənbəsi bəzi bölgələrdə Yel, bəzilərində isəTorpaq çərşənbəsi kimi qeyd olunur. Çərşənbələrin adlandırılmasıilə bağlı müxtəlif fikirlər mövcuddur.

Folklorşünas Aynur Qəzənfərqızı mövzu ilə bağlı Trend-ə açıqlamasındabildirib ki, hazırda çərşənbələrin ünsürlərlə adlandırılması zamanımüəyyən uyğunsuzluqlar diqqət çəkir. Onun sözlərinə görə, bu günqəbul edilən sıralamada əvvəl Su, sonra Od, Yel və Torpaqçərşənbələri göstərilir ki, bu da bir çox tədqiqatçılara görəməntiqli sayılmır:

"Əslində isə əvvəlcə Günəş, yəni od oyanmalıdır. Daha sonra odbuzu əritdiyi üçün Su çərşənbəsi gəlməlidir. Üçüncü mərhələdə isəsu torpağın üzərindən axaraq onu yumşaldır və bununla da Torpaqoyanır. Dördüncü çərşənbədə isə havanın isinməsi ilə isti küləklərəsməyə başlayır. Bu baxımdan məntiqlə sonuncu çərşənbə Yel, yəniKülək çərşənbəsi olmalıdır".

Bəzi yerlərdə bu gün “ölü çərşənbə” kimi dətanınır

Folklorşünas bildirib ki, bu gün qeyd olunan çərşənbə bəzibölgələrdə Torpaq çərşənbəsi deyil, Yel çərşənbəsi kimi qeydedilir:

"Yel çərşənbəsi küləyin oyanmasını, təbiətin hərəkətə gəlməsiniifadə edir. O, baharın yaxınlaşmasının xəbərçisi, həyatınyenilənməsinin simvolu sayılır. Adətən ev təmizliyi də məhz buhəftədə aparılır ki, insanlar ilaxır çərşənbəyə təmiz və pakşəkildə daxil olsunlar. Xalq inanclarında Yel çərşənbəsi yenilənmə,hərəkət və dəyişiklik rəmzi kimi qəbul edilir.

Qeyd etdiyimiz kimi, bəzi bölgələrimizdə bu çərşənbə Torpaqçərşənbəsi kimi qeyd olunur. El arasında ona bəzən “ölü çərşənbə”də deyilir. Həmin gün insanlar qəbiristanlıqlara gedir, məzarlarıziyarət edir, qəbirlərin üzərinə xonça qoyurlar. Axşamüstü, şərqarışanda isə şam və çıraq yandırırlar.

Ənənələrə görə ilk iki çərşənbə əsasən həyət-bacaya su çiləməkləqeyd olunurdusa, üçüncü çərşənbədə dünyasını dəyişmiş yaxınlarınadına ehsan qazanı asılması kimi adətlər də yerinə yetirilir".

Folklorun rəngarəngliyi çərşənbə ənənələrində də özünügöstərir

Aynur Qəzənfərqızı folklorumuzun rəngarəngliyinə də diqqətçəkib:

"Ümumiyyətlə, folklor öz rəngarəngliyi ilə gözəldir.Çərşənbələrin hansı bölgədə necə qeyd olunmasının ciddi fərqiyoxdur. Onu mütləq vahid bir sistemə salmağa çalışmaq da doğruyanaşma sayılmır. Hər bölgənin özünəməxsus ənənələriyaşamalıdır.

Kütləvi informasiya vasitələrinə, mediaya də bir çağırış etməkistərdim: İnsanların inanclarına həssas yanaşaq. Televiziya vəradio proqramlarında yalnız “Yel çərşənbəniz mübarək” deməkləkifayətlənməyək, həm də “Torpaq çərşənbəniz mübarək” ifadəsiniişlədək. Düşünürəm ki, ən doğru yanaşma budur. Xalqın inanclarınahörmətlə yanaşmaq hər birimiz üçün vacibdir".

Çərşənbəniz mübarək!

Seçilən
103
1
az.trend.az

2Mənbələr