AZ

Bu ərazilərdə 10 dərəcə şaxta olacaq - QAR YAĞACAQ

Martın 11-də Azərbaycanın şəhər və rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, arabir tutulmuş, əsasən yağmursuz hava gözlənilir. Lakin 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Gecə 3-6°, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 779 mm-dən 776 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-80%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava, dağlıq ərazilərdə qar yağışı gözlənilir. Gündüz yağış tədricən kəsəcək. Arabir duman olacaq, şərq küləyi əsəcək. Gecə 2-5° isti, gündüz 7-12° isti olacaq, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta müşahidə olunacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən yağmursuz hava olacaq, axşama doğru bəzi dağlıq ərazilərdə qısamüddətli yağış və qar ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi əsəcək. Gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə bəzi yerlərdə arabir yağış və qar yağacağı gözlənilir. Axşam yağış tədricən kəsəcək, arabir duman olacaq, şərq küləyi əsəcək. Gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Şərqi Zəngəzurda — Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir yağış və qar yağacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq, şərq küləyi əsəcək. Gecə 0-3° isti, dağlıq ərazilərdə 8-12° şaxta, gündüz 3-8° isti, dağlıq ərazilərdə 3° şaxta olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda bəzi yerlərdə arabir yağış və qar yağacağı gözlənilir. Axşam yağış tədricən kəsəcək, arabir duman olacaq, şərq küləyi əsəcək. Gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba və Xaçmazda əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağıntı ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada bəzi yerlərdə arabir yağıntı gözlənilir. Axşama doğru yağış tədricən kəsəcək, arabir duman olacaq, şərq küləyi əsəcək. Gecə 2-5° isti, gündüz 7-12° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda bəzi yerlərdə arabir yağış, gündüz dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağış tədricən kəsəcək, arabir duman olacaq, şimal-şərq küləyi əsəcək. Gecə 2-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.


Telegram kanalımız
Seçilən
94
49
yenisabah.az

10Mənbələr