AZ

Reytinq agentliyindən Azərbaycanın valyuta məzənnəsi rejimilə bağlı proqnoz

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan hökumətinin üzən valyuta məzənnəsi rejiminə keçməyə hazır olduğuna dair heç bir əlamət qeydə almır.

Bu barədə  "Fitch Ratings" agentliyinin EMEA regionu üzrə suveren reytinqlər üzrə direktoru Arvind Ramakrişnan məlumat verib.

"Milli valyutanın ABŞ dollarına bağlılığının qorunub saxlanmasına dayanıqlı rəsmi sadiqlik müşahidə olunur və biz bu kursun dəyişməz qalacağını gözləyirik", - A.Ramakrişnan qeyd edib.

O dəqiqləşdirib ki, "Fitch" agentliyinin Azərbaycan üçün 2026-2027-ci illərdə real ÜDM-in artım proqnozunu 2,4 % səviyyəsində dəyişməz saxlayıb ki, bu da ölkənin ortamüddətli iqtisadi artım potensialına uyğundur.

"Fitch"in proqnozlarına görə, orta illik inflyasiya göstəricisi 2026-cı ildə 4,6 %-ə çatacaq, 2027-ci ildə isə 4 %-ə enəcək.

"Ehtimal edirik ki, 2026-2027-ci illərdə büdcə siyasəti mötədil stimullaşdırıcı xarakter daşıyacaq, bu da Azərbaycanın azad edilmiş ərazilərindəki xərclər və digər kapital qoyuluşları ilə bağlıdır. Bununla yanaşı, Ermənistanla münasibətlərin normallaşmasından irəli gələn "sülh dividendləri" sayəsində müdafiə büdcəsinin qismən tam istifadə olunmaması istisna edilmir. Planlaşdırılmış investisiyaların strukturunun daxili inflyasiya təzyiqinin əhəmiyyətli artımına səbəb olmayacağı ehtimal olunur", - EMEA regionu üzrə direktor əlavə edib.

İş elanları AzVak.az-da

© "Report"

Fitch Ratings Azərbaycan suveren reytinqi Arvind Ramakrişnan üzən valyuta məzənnəsi manat ABŞ dollarına bağlılığı Azərbaycan Mərkəzi Bankı real ÜDM artımı 2026-2027 iqtisadi proqnoz Azərbaycan iqtisadiyyatı ortamüddətli iqtisadi artım illik inflyasiya 2026 illik inflyasiya 2027 büdcə siyasəti stimullaşdırıcı büdcə tədbirləri kapital qoyuluşları azad edilmiş ərazilər Ermənistanla münasibətlərin normallaşması sülh dividendləri müdafiə büdcəsi planlaşdırılmış investisiyalar daxili inflyasiya təzyiqi Azərbaycan maliyyə sabitliyi iqtisadi proqnozlar beynəlxalq reytinq agentlikləri iqtisadi inkişaf potensialı monetar siyasət valyuta rejimi.
Seçilən
76
5
marja.az

6Mənbələr