AZ

Yüngül həyat tərzi keçirirsən, başımız aşağıdır deyib əmisi qızına ağır xəsarət yetirdi

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bərdə rayonunda 1991-ci il təvəllüdlü Elçin qısqanclıq zəminində yaranan mübahisə zamanı əmisi qızı Güneli (adlar şərtidir – red.) öldürməyə cəhd edib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elçin yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində 2024-cü ilin mayın 10-da, saat 11 radələrində əmisi qızı Günelin Bərdə şəhəri, Bəxtiyar Hacıyev küçəsində yerləşən köhnə Bərdə bazarı adlanan ünvanın yaxınlığında görüb. O, əmisi qızının ona öz ərindən boşanacağını, ərindən polisə şikayət etməsi və öz həyatını istədiyi kimi yaşayacağını deməsindən sonra onun yüngül həyat tərzi keçirməsini ailəsi və qohumları üçün qəbuledilməz hal kimi qəbul edib.Daha sonra Elçin əsəbiləşərək əmisi qızını öldürmək qərarına gəlib. O, cinayətkar niyyətini həyata keçirmək məqsədilə heç kimin görməməsi və mane olmaması üçün qadını yaxınlıqda yerləşən, mağazaların olduğu yerin arxa tərəfinə getməsini deyib. Meyvə tərəvəz satdığı taxçadan bıçaq götürdükdən sonra həmin yerə gedib və Günelə qohum-əqrəba içərisində ailələrinin başını aşağı etməməsini, yüngül həyat tərzi keçirməyə son qoymasını tələb edib.Buna baxmayaraq Günel ona saymazlıq göstərməsindən hiddətlənib və öldürmək niyyətini qətiləşdirib. Elçin  sol əlində saxladığı bıçaqla Günelin boğaz nahiyəsini və qırtlağını kəsib. Bundan sonra Günelin yerdə hərəkətsiz qalmasına görə onun ölmüş olduğunu düşünüb və hadisə yerindən uzaqlaşıb. Onun hadisə yerinə getdiyinə əmin olan Günel yerdən qalxaraq özünü yaxınlıqda yerləşən marketə çatdırıb və ona kömək göstərilməsini bildirib.Qadın ərinin əlaqə nömrəsini kağıza yazdıqdan sonra huşunu itirsə də, satıcılar tərəfindən tibbi yardıma zəng edilməsi və qadının Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vaxtında ona tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib. Elçinin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilib. Elçin ifadəsində göstərib ki, zərərçəkmiş Günel onun əmisi qızıdır: “Üç azyaşlı uşağım var. Həbsdən çıxdıqdan sonra meyvə satmaqla məşğul olmuşam. Hadisə günü səhər Güneli gördüm. O, mənə ailəsi ilə bağlı problem olduğunu və polis şöbəsinə şikayətə getdiyini bildirdi. Əsəbiləşərək ona niyə tək qadın başına şöbəyə getdiyini, niyə əri ilə dolanmadığını irad tutdum. Ona keçirtdiyi həyat tərzinin ailəmizə, qohumlarımızın adına yaraşmadığını dedim. Günel iki dəfə ailə həyatı qurduğu, sərbəst və yüngül həyat tərzi keçirtdiyi, təkbaşına atası və qardaşları olmadan şöbəyə getməsinə əsəbiləşərək ona irad tutdum. Lakin Günel boşuna getmədiyini dedi. Mən ona sakit yerə dükanların arxasına keçməsini dedim, işlədiyim meyvə-tərəvəz yerindən müştərilərə satılan məhsulları kəsərək içərisini göstərdiyim bıçağı götürdüm, onun arxası ilə getdim. Günelə yaxınlaşdım və üzbəüz duraraq niyə özünün, ailəsinin, qohum-əqrəbanın başını aşağı etməsini dedim. Günel öz həyatını yaşadığını dedikdə əsəbiləşdim və əlimdəki bıçaqla onun boğazını kəsdim. Günel ağlayaraq, etmə deyəndən sonra dayandım və onun öldüyünü güman etdim. Əvvəlcə evə getdim, hadisə törətdiyimi bildirdim. Sonra polisə gedərək təslim oldum”.Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən sonra bıçağı yaxınlıqda olan kolluğa tullayıb: “Əvvəlcə məqsədim Güneli yaralamaq, dediklərindən sonra isə öldürmək olub. Ancaq Güneli əzab və işgəncə verərək deyil, sadəcə öldürmək istəmişəm. Boğazını kəsəndə o, yerə yıxıldı. Yerə yıxılanda bıçaq ikinci dəfə boğazına dəyərək kəsdim. Günel əmim qızı olduğu üçün onun ikinci dəfə də ailə quraraq ayrılması, yüngül həyat tərzi keçirtməsi mənə pis təsir etdi. Hadisə də qəfildən baş verdi. Etdiyim əməldən peşmanam”. Zərərçəkmiş Günelin sözlərinə görə, Vurğun onun 3-cü əri olub: “Əvvəl iki dəfə ailə quraraq boşanmışam. Vurğunla aramızda problem olub. Ərim evdəki qızılları götürərək sevgilisi ilə qaçıb. Hadisə günü əmim oğlu Elçinə yaxınlaşdım və ailədə olan problemləri danışdım. O, da mənə keçirtdiyim həyat tərzinin doğru olmadığını, ailəmizin başını aşağı elədiyimi dedi. Mənə bazarın aşağı hissəsinə getməyi, özünün də ora gələcəyini dedi. Elçin yaxınlaşaraq niyə ərim ilə dolanmadığımı, niyə onları utandırdığımı dedi. Sonra bir əli ilə saçımdan tutaraq bıçağı boğazıma çəkdi. Yerə yıxıldım və Elçinin məni qaldırmasını desəm də, o, özü də yerə oturaraq daha 2 dəfə boğazımdan bıçaqla kəsdi. Səsimi çıxartsam, yenə mənə xəsarət yetirəcəyindən qorxduğum üçün tərpənmədim. Elçinin uzqlaşdığını gördüm və birtəhər ayağa qalxaraq əlim ilə boğazımın hər iki tərəfini tutaraq marketə getdim. Orada kömək istədim, sonra yerə yıxıldım. Gözümü açanda reanimasiyada olduğumu gördüm”.Şahid qismində danışan Vurğunun sözlərinə görə, Günel onun rəsmi arvadı olub: “Bu özümün ikinci, Günelin isə üçüncü evliliyim olub. Sifariş əsasında taksi fəaliyyəti ilə məşğul olmuşam. Günel ilə əvvəl münasibətlərim yaxşı olsa da, sonrakı müddətdə pozulub. Günel hadisədən bir neçə gün əvvəl mənim guya evdən pul, geyim və zinət əşyaları oğurlamağım barədə polisə şikayət etdi. Aramızda qısqanclıqla da bağlı mübahisə olub. Günel səhəri gün polisə verdiyi şikayət ərizəsini geri götürəcəyini dedi”. Vurğun deyib ki, mayın 10-da, səhər Günel ilə birlikdə evdən çıxaraq onu Bərdə rayonu, Köhnə bazar adlı yerdə düşürüb: “Günel Elçin ilə danışacağı barədə mənə heç nə deməyib. Təxminən bir saat sonra atam, yaxud anam zəng etdi, əmisi oğlu Elçinin Günelin boğazını kəsdiyini dedi. Hazırda Günel ilə rəsmi qaydada ayrılmışıq”.Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını  ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
demokrat.az

1Mənbələr