AZ

Xocalı işıqlanır 8 milyon manata

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xocalının 8 yaşayış məntəqəsində elektrik infrastrukturu yaradılacaq.

Modern.az "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, müsabiqə Xocalı rayonunun Almalı, Mehdibəyli, Aşağı Qılıçbağ, Çanaqçı, Pirlər, Dağyurd, Qarabulaq və Qarakötük yaşayış məntəqələrini əhatə edir. Layihə çərçivəsində sözügedən kəndlərin həm xarici, həm də daxili elektrik şəbəkələrinin 35 və 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı naqillər şəbəkəsi ilə tam şəkildə yenidən qurulması nəzərdə tutulur.

Layihə üçün 8.107.554,70 azn müəyyən edilib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
117
modern.az

1Mənbələr