AZ

Britni Spirs stressdə Atası yenidən onun həyatına qayıdır?

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Məşhur amerikalı müğənni Britni Spirs atasının – Ceymi Spirsin həyatına yenidən qayıda biləcəyi ilə bağlı söhbətlər səbəbindən ciddi stress keçirir.Bizim.Media xəbər verir ki, bu barədə Page Six nəşri müğənninin yaxın çevrəsinə istinadən məlumat yayıb.

 

Mənbələrin sözlərinə görə, ailə üzvləri son vaxtlar ata ilə barışıq mövzusunu tez-tez gündəmə gətirirlər. Lakin bu məsələ Britninin emosional vəziyyətinə mənfi təsir edir və o, bu mövzuya çox kəskin reaksiya verir.

Qeyd edək ki, Ceymi Spirs 2008–2021-ci illərdə qızının həyatına və maliyyəsinə nəzarət edən qəyyumluq sistemi çərçivəsində Britni üzərində tam hüquqa malik idi. Bu səbəbdən müğənni ilə atası arasında uzun illərdir gərgin münasibətlər davam edir.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
1
bizim.media

2Mənbələr