AZ

10 martda Yer kürəsinə maqnit fırtınası gələcək

Bu fırtınanın şiddətli olacağı və kifayət qədər tez keçəcəyi gözlənilmir.

QHT.az xəbər verir ki, Britaniya Geoloji Xidməti martın 10-da Yer kürəsində G1 səviyyəli maqnit fırtınası baş verə biləcəyi barədə xəbərdarlıq edib. Alimlərin məlumatına görə, buna səbəb Günəşdə yaranan tac dəliyindən gələn yüksək sürətli hissəcik axınıdır. Bildirilir ki, 6 martda baş verən koronal kütlə atılması da Yer kürəsinin maqnit sahəsinə təsir göstərə və geomaqnit aktivliyi artıra bilər.

G1 səviyyəli maqnit fırtınası zəif hesab olunur və adətən ciddi təhlükə yaratmır. Lakin bəzi hallarda peyk naviqasiyası və radio rabitəsində kiçik pozuntular müşahidə oluna bilər. Mütəxəssislər belə günlərdə insanların daha çox istirahət etməsini, kifayət qədər su içməsini və stressdən uzaq durmasını tövsiyə edirlər.

 

R.İmanov

Seçilən
87
qht.az

1Mənbələr