AZ

“Mançester Siti”nin futbolçusu qonşularını dronla izləməkdə ittiham olunur

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 10 mart, AZƏRTAC

İngiltərənin “Mançester Siti” komandasının futbolçusu Rodri qonşularını dronla izləməkdə ittiham olunur.

AZƏRTAC “The Sun” nəşrinə istinadən xəbər verir ki, Mançester polisi ispaniyalı yarımmüdafiəçi ilə bağlı araşdırmaya başlayıb. Futbolçunun eyni mənzil kompleksindəki qonşuları hüquq-mühafizə orqanlarına müraciət edərək, onun pəncərələrinə yaxın dronlar uçurduğunu və onları narahat etdiyini bildiriblər.

İstintaq prosesi Rodrinin əlində dron idarəedicisi olan fotolarının yayılmasından sonra başlayıb.

Polisə müraciətdən əvvəl sakinlər hadisə barədə yaşayış kompleksinin rəhbərliyinə şikayət ediblər. Lakin bu, heç bir nəticə verməyib.

Qeyd edək ki, Rodri bu mövsüm “Mançester Siti”nin heyətində 24 oyunda meydana çıxıb və 2 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
3
azertag.az

4Mənbələr