AZ

Həmid Hersçi vəzifələrindən azad olunub? Açıqlama

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bir neçə gündür ki, şair Həmid Hersçi ətrafında söhbətlər davam edir.

Belə ki, hazırda İranda olan şairin bir neçə gün əvvəl etdiyi çıxış rezorans yaradıb.

Bir qrup şəxs onun İran agenti, tərəfdarı olduğunu bildirir.

Şairin ailəsi isə bu söhbətlərin məqsədli şəkildə edildiyini vurğulayır.

Başqa bir xəbərə görə, Həmid Hersçi tutduğu vəzifələrdən kənarlaşdırılıb.

Tirajlanan bu xəbər suallar doğulur.

Vəzifələrdən azad olunduğu yazılsa da, söhbətin hansı vəzifələrdən getdiyi məlum deyil.

Məsələ ilə bağlı Gununsesi.info Həmid Hersçinin həyat yoldaşı, aparıcı İlhamiyyə Rzadan münasibət öyrənib.

O bildirib ki, bütün bunlar bir qarayaxmadır:

“Həmid Hersçinin ətrafında olan söhbətlər çirkin şayələrdir. Qaldı vəzifələrə, söhbət hansı vəzifələrdən gedir? Həmid Hersçinin hansı vəzifəsi var ki, hələ bir ondan da azad olunsun?”,- deyə o qeyd edib.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
icma.az

1Mənbələr